Xidmətlər

MS Pro Language School 2010-cu ildən peşəkar ingilis, fransız, rus və (əcnəbilər üçün) azərbaycan dili kurslarını təşkil edir. Biz həmçinin müştərilərimizə IELTS, TOEFL, TCF və DALF (DELF) imtahanlarına hazırlıq təklif edirik. Beynəlxalq dərəcəli trenerimiz ingilis dili müəllimlərini TEFL və TESOL imtahanlarına hazırlayır və ABŞ partnyorumuz (TIELC) xətti ilə müəllimlərin bu imtahanları keçməsini təşkil edirik. 

Bizim yanaşmamız kommunikativ dil öyrənmə metdodikasına əsaslanır. Bu metod ən qısa zamanda sizə danışıq vərdişlərinizi inkişaf etdirməyə kömək edir. 

MS Pro Language School həmçinin korporativ müştərilərə də ingilis dilini tədris edir. Bundan başqa Bakıda çalışan əcnəbilərə azərbaycan və rus dillərinin tədrisini də həyata keçiririk. Dərslər yerli və əcnəbi müəllimlər tərəfindən aparılır.

Dillər əsasən 6 səviyyədə (A1, A2, B1, B2, C1 və C2) olmaqla tədris olunur. Hər bir səviyyə üçün orta hesabla 3 ay (intensiv qaydada 2 ay) tələb olunur. 

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın (Tel 055 495 27 00, 012 408 16 19) və səhifəmizin xəbərlər bölməsini izləyin.

Мы в facebook