Komanda

Azad İsazadə, kliniki psixoloq və trener (təlimçilər üçü təlimçi). 

Psixologiya və psixoterapiya sahəsində 30 ildən çox təcrübəyə malikdir. Azərbaycan Tibb Universitetinin məzunudur. Bakıda,Moskvada və Londonda bir sıra klinikalarda təcrübə keçmişdir. Hərbi psixologiya üzrə mütəxəssisdir. Gürcüstan, Macarıstan və Böyük Britanyada təlimlərin iştirakçısıdır.



Orxan Oruczadə, psixoloq və trener.

Azərbaycan Dövlət Pedagoji Universitetinin və Belçika Gent Universitetinin məzunudur. 2009-cu ildən Avropa Gənc Psixoloqlar Assosasiyasının (EFPSA) üzvü və iki il müddətindən təşkilatın Azərbaycan üzrə milli nümayəndəsi olmuşdur. Türkiyə, Ruminiya, Almaniya, İsveçrə, Böyük Britaniya, Fransa, Polşa kimi ölkələrdə keçirilmiş müxtəlif treninq və kursların iştirakçısıdır. 2012-ci ildən etibarən MSPRO şirkətinin təlimçi-psixoloqu, 2013-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan resursları və təlim şöbəsinin baş məsləhətçisi və İnnovasiyalar Mərkəzinin təlimçi-eksperti vəzifəsində çalışmışdır.


Lyudmila Ağakişi, uşaq psixoloqu. 


Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin məzunu. Russiya, Ukrayna, Gürcüstan, Türkiyyə  və Azərbaycanda müxtəlif treninqlərdə və təlimlərdə iştirak etmişdir. H.Əliyev adına Müasir Təhsil Kompleksində psixoloq kimi çalışmışdır. 2012-ci ildən Psylab-da uşaq psixoloqu kimi çalışır. 



Təhmasib Cavadzadə, klinik psixoloq. İran İslam Respublikasında Beynəlxalq Müstafa Universitetinin Fəlsəfə Elimləri və Dinşünaslıq və həmçinin Ümumi Psixologiya ixtisası üzrə bitirmişdir. 2012-cü ildə isə Əllamə Təbatabai adına Tehran Dövlət Universitetində Klinik Psixologiya ixtisası üzrə magistr dərəcəsini almışdır.  Tehran şəhərində keçirilən müxtəlif  beynalxalq treninq, seminar və kursların iştirakçısıdır. 2013-cü ildən PsyLab-da klinik psixoloq, seksterapevt və təlimçi kimi fəaliyyət göstərməkdədir. Paralel olaraq. 1 saylı Respublika Psixiatrik Xəstəxanasında klinik psixoloq və psixoterapevt kimi işləyir. NEO Pİ testi üzrə mütəxəsiss (400 nəfərdən çox işçinin qiymətləndirməsini aparmışdır). Xəzər Universitetinin Humantiar və Sosial Elmlər Fakültəsində müəllim kimi fəaliyyət göstərir. 

Mehriban Qaffarova, ailə psixoloqu.

Azərbaycan Tibb Universitetinin və Moskva Müsbət Psixoterapiya İnstitutunun məzunudur. 2009-cu ildən psixosomatika, ailə, gender və şəxsi problemlərin həlli sahələrində çalışır. Şəxslərarası ünsiyyət üzrə psixoloji seminarların və treniqlərin müəllifidir.

Мы в facebook