Xidmətlər


MS Translation and Interpreting bütün növ tərcümə xidmətlərini göstərir. Bizim peşəkar tərcüməçilər ingilis, rus, fransız, alman, ispan, italyan dillərindən Azərbaycan dilinə və əksinə yazılı, ardıcıl şifahi, sinxron tərcümə xidmətlərini həm ölkə daxilində, həm də xaricdə həyata keçirir.

Yazılı tərcümələr - Biz uzun illərdir texniki, tibbi, hüquqi, siyasi və s. sahələrdə peşəkar fəaliyyət göstəririk. İlk olaraq siz bizə tərcümə olunacaq sənədin kiçik bir nümunəsini göndərir və biz onun əsasında qiymətləndirmə aparırıq. Qiymətləndirmədən sonra müştəri təsdiq etdikdən sonra tərcümə sifarişinin icrasına başlanır və tərəflər arasında müqavilə imzalanır. 

Şifahi tərcümə - Ardıcıl tərcümə xidməti müştəri ilə razılaşdıqdan sonra saat hesabı, gün, həftə və ya aya görə qiymət müəyyən etməklə həyata keçirilir. 

Sinxron tərcümə - Sinxron tərcümə xidmətləri ardıcıl tərcümədə olduğu kimi saat hesabı, yarı günlük, günlük və həftəlik qaydada razılaşdırılaraq həyata keçirilir. Bu xidmət adətən ən azı 2 tərcüməçi tərəfindən icra edilir. 

Pıçıltı ilə tərcümə (şüşotaj) - Pıçıltı ilə tərcümə çox nadir hallarda bir və ya bir neçə nəfər üçün həyata keçirilir. Belə ki, tərcüməçi müştərinin yanında və ya onun arxasında əyləşərək, pıçıltı ilə, digər dinləyicilərə mane olmayacaq bir şəkildə tərcümə etməlidir. 

Redaktə işləri - Tərcümə olunmuş materialların peşəkar dil daşıyıcıları tərəfindən redaktə olunması xidmətlərini sizə təklif edirik. Müştərinin seçimindən asılı olaraq göstərilən bütün yazılı tərcümələr zamanı biz bu xidməti təklif edirik..

Logistika və avadanlq - Siz hər hansı bir konfrans, təqdimat və bu kimi tərcümə işini tələb edən tədbirlər keçirdiyinz zamanı, təşkilatı işləri bizə həvalə edə bilərsiniz. Biz lazım olan yer, tərcümə avadanlığı (kabin, qulaqcılar, mikrofonlar, kompyüter və proyektorlar), yemək, kokteyl və nəqliyyat dəstəyini təşkil edə bilərik. 

Мы в facebook